İmmunologiya professoru Erik Vilve nəşrə bildirib ki, insan orqanizmində RNA əsaslı viruslara qarşı anticisimlərin yetərli miqdarını sintez edib toplaması üçün üç həftə tələb olunur
Anticisim - immun sisteminin fəaliyyəti sayəsində orqanızmdə sintez edilən, yad cisimlərin, bakteriyaların, viruslərin zərərsizləşməsinə kömək edən amillərdir.
Amma alim hesab edir ki, bu yalnız nəzəriyyədir. Çünki yeni koronavirus virusoloqlara və epidemioloqlara bütün yeni sürprizləri göstərir.
Virusa yoluxmuş immunitetli xəstələrin sağalmalarına baxmayaraq, koronavirusun yenidən yaranması halları da məlumdur. Buna Cənubi Koreya təcrübəsi misal ola bilər.
Virusun heç vaxt orqanizmdə “yatan” və simptomsuz, məsələn, “herpes” kimi tamamilə yox olmayaraq qalması da daha çox ehtimal ediləndir.
Bu və digər qeyri-müəyyənlikləri nəzərə alaraq, ekspertlər müəyyən müddət ərzində dünyada koronavirusa qarşı kollektiv immunitetin əmələ gələcəyini və pandemiyanın öz-özünə yox olacağını da ehtimal edirlər.
Avstraliyanın Kertin Universitetinin professoru Arçi Klements bildirib ki, hazırda koronavisula mübarizədə yeganə həll yolu vaksin istehsalıdır.
Qeyd edək ki, koronavirusdan vaksinin kliniki sınaqlarına bu ilin iyununda başlanılması planlaşdırılır.