Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusdan ölənlərin sayı durmadan artır - Avropada

  • 2020.03.31 09:49
  • 1615 Baxış
Koronavirusdan ölənlərin sayı durmadan artır -  Avropada

Avropa ölkələri arasında ən gərgin vəziyyət İtaliyadadır.

Hər gün bir neçə min yoluxma hadisəsi qeydə alınır. Son məlumatlara görə isə virusa yoluxanların ümumi sayı 100 min nəfəri keçib. 11,5 min insan xəstəlik nəticəsində dünyasını dəyişib.

Qonşu İspaniyada da vəziyyət çətindir. Haı-hazırda virusa yoluxanların ümumi sayı 88 min nəfərdir. İndiyə qədər xəstəlik nəticəsində 7 716 nəfər ölüb. Ötən gün ərzində isə 300-dən çox ölüm faktı qeydə alınıb.

Avropa dövlətləri arasında yoluxma hallarına görə üçüncü yerdə Almaniyadır. Artıq 645 nəfər xəstəlikdən dünyasını dəyişib, ötən sutka ərzində isə ölənlərin sayı 100 nəfər artıb. Ümumilikdə isə, pandemiya zamanı 66 mindən çox insan bu virusa yoluxub.