Kreml həkimləri koronavirusdan qorunmaq haqqında danışır

  • 2020.03.30 10:48
  • 1567 Baxış
Kreml həkimləri  koronavirusdan qorunmaq haqqında danışır
Rusiyalı həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis-infeksionist Olga Yermakova koronavirusun yayılması kontekstində fərdi qorunma və şəxsi gigiyena ilə bağlı tövsiyələrini verib.

O xatırladıb ki, COVID-19 yoluxucu xəstəliyi hava damcı və kontakt-məişət üsulları ilə ötürülür və buna görə qapalı otaqlarda tibbi maskalar taxmaq daha yaxşıdır.


“Əlinizlə üzünüzə toxunmayın, ovuclarınızı daha tez-tez yuyun və antiseptik istifadə edin. Xəstədə klinik simptomlar başlamazdan 48 saat əvvəl orqanizm müqavimət göstərməyə çalışır. Xəstəliyin yüngül hallarında, 12 günə qədər patogen ifrazatı mümkündür, ağır hallarda isə bu iki həftə və ya daha çox ola bilər".

Həkim vətəndaşlara burunlarını duzlu su ilə yuymağı da tövsiyə edib.

Xatırladaq ki, bundan əvvəl hakimiyyət rusları evdə qalmağa çağırıb. Yalnız ekstremal vəziyyətlərdə evdən çıxmağı tövsiyə edilir ki, bu yoluxma riskini azaldır.