Koronavirusdan qorunmaq üçün 6 vacib addım – ÜST nümayəndələri

  • 2020.01.27 16:47
  • 8881 Baxış
Koronavirusdan qorunmaq üçün 6 vacib addım –  ÜST nümayəndələri


Çindən dünyanın bir çox ölkələrinə yayılan və ölüm riski olan koronavirusdan qorunmaq üçün Dünya Səhiyyə Təşkilatı 5 vacib qaydanı açıqlayıb.

Medicina.az uşaqdan böyüyə hamının əməl etməli olduğu qaydaları təqdim edir:

- Evdə və iş yerlərində qapı dəstəyi, masa, computer, klaviatura və telefonlar xüsusi dezinfeksiyaedici məhlul və spirtlə hər gün 2 dəfə silinməli

- Əlləri üz, burun və ağıza toxundurmamalı

- Əlləri isti su və sabunla ən azı 30 saniyə ərzində yaxşıca yumalı

- Əlləri tez –tez aptekdə satılan dezinfeksiya edici məhlul və ya gellə silməli

- Öskürək, asqırıq zamanı ağıza salfet, dəsmal tutub sonra onu atmalı, asqırdıqdan sonra əlləri yumalı

- Küçəyə və nəqliyyata maska ilə getməli, heç kimi öpməməli, uşaqları belə