Koronavirusdan sağalan italyan dosent– “Əvvəl elə bildim qripdir, 8 gün gözlədim”

  • 2020.03.14 19:31
  • 51691 Baxış
Koronavirusdan sağalan italyan dosent–  “Əvvəl elə bildim qripdir, 8 gün gözlədim”

İtaliyada koronavirusdan sağalıb, infeksion xəstəxanadan evə buraxılan Katanilalı dosent yerli mətbuata kiçik müsahibə verib.

Medicina.az 10 gün xəstəxanada müalicə alıb, koronavirusa qalib gələn həmin pasiyentin müsahibəsindən bəzi qeydləri təqdim edir:

“Virus məndə pnevmoniya yaratdı, hələ də, ağciyərlərimdə fəsadları qalıb, amma indi özümü çox yaxşı hiss edirəm. Məni xilas edən Kanidzarro xəstəxanasının intensiv terapiya şöbəsinin həkimləri oldu”.

Pasiyent 8 gün qızdırmadan sonra tənəffüs sistemində yaranmış problemlərə görə tanış həkimə zəng edir.

“Qızdırma 40-çatsa da, mən bu qripdir, deyə özümü sakitləşdirir və keçəcəyini gözləyirdim. Əvvəllər də pnevmoniya olmuşdum deyə bu da məni qorxutmadı. Ailə həkimim mənim yoluxma riski qrupuna daxil olmadığımı deyirdi. Amma həmin tanış həkimə simptomlarımı dedikdə, o, mənə intensiv terapiya şöbəsinə gəlməyimi tələb etdi. Nə yaxşı ki, mən təcili yardıma getmədim, orda mənə yardım edənə kimi gec ola bilərdi. İntensiv terapiyada məni çox düzgün, ehtiyatla və dəqiq müalicə etdilər. O dərəcə yaxşı ki, sabahı gün axşam qızdırmam düşdü”.

Pasiyent virus yayılan şəhər və bölgələrdə olmadığını, xaricdən gəlmədiyini, xəstə insanla təmasda olmadığını əsas gətirərək, koronavirus ola biləcəyini ağlına belə gətirməmişdi.


“Redco-Kalabridə 18 fevralda aqrar konfransımız oldu, ora İtaliyanın bir çox aqrar rəhbərlik nümayəndələri gəlmişdi. Çox güman ki, orda da yoluxdum”.

Hazırda xəstədən alınan ikinci analiz təmiz çıxıb, o evə buraxılsa da bir müddət təcrid olunacaq. Onun arvadında da koronavirus aşkarlanıb, lakin simptomlar yoxdur. Ona görə hər ikisi evdə 14 gün qalmalı olacaq”.