Koronavirusdan sağaltdığınız xəstələri tez evə göndərməyin – Çin həkimlərindən XƏBƏRDARLIQ

  • 2020.04.01 13:06
  • 1733 Baxış
Koronavirusdan sağaltdığınız xəstələri tez evə göndərməyin  – Çin həkimlərindən XƏBƏRDARLIQ

Çin həkimləri digər ölkələrə koronavirusdan sağaltdıqları xəstələrlə bağlı xəbərdarlıq edib.
Virusdan sağaltdığınız xəstələr hələ bir müddət də yoluxucu kimi təhlükəli ola bilər.


Medicina.az xəbər verir ki, Çin alimlər müalicə olunmuş xəstələrin təcriddən tez buraxılmaması üçün çağırış edib. Hətta virus testi 3 dəfə olunub neqativ çıxsa da, bu insanlar ayrı bir şöbədə daha 7 gün saxlanılmalıdırlar.

Belə ki, Çində həkimlər müalicə etdikləri xəstələrin boğazından yaxma götürüb analiz etdikdə, orda hələ də virusun hissəciklərini aşkarlayıblar. Baxmayaraq ki, testlər neqativ göstərirdi.

Bu isə o deməkdir ki, faktiki sağalan xəstə evə buraxıldıqda potensial yoluxucu rolunu oynayacaq. Bütün müalicə alınmş xəstələri orqanizmdən virus patogeninin bütün qalıqları itənə kimi ayrıca karantinə alıblar. Məlum olub ki, sağalan xəstədə tam təmizlənmə və sağalma 2-8 gün müddətində baş verir.


Ona görə də bunları nəzərə alaraq, müalicə və ya özü sağalan xəstələri sevinərək dərhal evə buraxmaq olmaz. Onlar xəstəxanada yox, ayrı bir yerdə daha 8 gün təcrid olunmalıdır.