Koronavirusdan sonra ilk hansı ölkə ilə sərhəd açılacaq?- RƏSMİ

  • 2020.05.13 18:13
  • 2162 Baxış
Koronavirusdan sonra ilk hansı ölkə ilə sərhəd açılacaq? - RƏSMİ

“Azərbaycan sərhədlərinin açılması bilavasitə ölkədəki və regiondakı infeksiyanın durumu ilə bağlıdır”.

Medicina.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, sərhədi açılacaq ilk ölkənin hansı olacağını indidən demək düzgün olmaz: “Amma bu çox güman ki, qonşu ölkələr olacaq”.

L. Abdullayeva əlavə edib ki, xaricdə yaşayan və koronavirusa yoluxmuş vətəndaşlarımız var: “Onlardan ölənləri də olub. Həmin vətəndaşın nəşinin ölkəyə gətirilməsi təmin olunur”.