Koronavirusla bağlı dedi-qodulara görə 700 min cərimə, 7 ilə qədər həbs cəzası

  • 2020.03.31 16:16
  • 1128 Baxış
Koronavirusla bağlı dedi-qodulara görə 700 min cərimə, 7 ilə qədər həbs cəzası
Rusiya Dövlət Duması bir neçə qanuna düzəlişlər qəbul edib.

Qanunda karantin və sosial izolyasiya rejimini npozulmasına görə cəzalar sərtləşdirilir.


Qanuna düzəlişlər barədə təklif dövlət Dumasının sədri Vyaçeslav Volodin və Dövlət Quruculuğu və Qanunvericilik Komitəsinin sədri Pavel Krasheninnikov tərəfindən irəli sürülmüşdür.

Xatırladaq ki, Rusiyada bundan əvvəl də insanlara sərt məhdudiyyətlər tətbiq esilmişdir. Bazar ertəsindən başlayaraq yalnız ciddi ehtiyac olarsa, məsələn, işləmək və ya yaxınlıqdakı ərzaq mağazasına çıxmaq olar.

İndi isə insanları koronavirusla bağlı dedi-qodulara görə 700 min rubl cərimədən, 7 ilə qədər həbs cəzası gözləyir.