Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusla bağlı yeni layihəyə start verildi

  • 2022.03.15 13:50
  • 1443 Baxış
Koronavirusla bağlı yeni layihəyə start verildi




Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin “Koronavirusun yayılmasının qarşısını almaq və yoluxmanın sayını nisbətən azaldmaq üzrə təşəbbüslər” layihəsinin icrasına start verilib.

Layihənin məqsədi koronavirusun ölkəmizdə daha çox yayılmasının qarşısını nisbətən almaq, yoluxmanın sayını nisbətən azaltmaqdır və 3 ay ərzində keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində koronavirusla bağlı təbii vasitələrin qəbulunun xeyirli olmasını təbliğ edən bukletlərin hazırlanması, bu mövzuda sosial çarxın çəkilməsi və Sabirabad rayonunda əsasən gənclər arasında maarifləndirmə tədbirlərinn keçirilməsi nəzərdə tutulur.