Koronaviruslu xəstə "Semaşko"dan qaçdı - AÇIQLAMA

  • 2020.03.11 17:18
  • 27811 Baxış
Koronaviruslu xəstə "Semaşko"dan qaçdı -  AÇIQLAMA
Koronavirus şübhəsi ilə karantində saxlanılan xəstə dünən 1 saylı Kliniki Tibbi Mərkəzdən icazəsiz çıxıb. Tibbi briqada onu klinikaya geri qaytarıb.

Hadisə dünən baş verib.


Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsindən verilən məlumata görə, həmin xəstə artıq şöbəyə geri qaytarılıb:

“Xəstələrdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqada onu yenidən mərkəzə qaytarıb və bu vəziyyətdə xəstəxananı tərk etməyin riskli olduğunu izah edib. Kişi pəncərədən deyil, qapıdan çıxıb.

Xəstəxana cəzaçəkmə müəssisəsi deyil, sadəcə, onlar adi palata şəraitində saxlanılır.

Hazırda karantində onunla bərabər altı nəfər saxlanılır. Həmin şəxslərdə koronavirus (COVID-19) aşkarlanmayıb.

Karantin müddəti başa çatandan sonra həmin şəxslər evlərinə buraxılacaq”.