Afrika ölkəsi olan Madaqaskarda Tədqiqat İnstitutu tərəfindən hazırlanan, artemisiya (yovşan) və bir çox ot bitkisi qarışığından ibarət olan dərmanın “Covid Organics” adı ilə buraxılması təklif edilib.
Medicina.az xəbər verir ki, Madaqaskar prezidenti Andry Rajoelina, bu gün yeni koronavirusun (Kovid-19) qarşı inkişaf etdirdikləri profilaktik və müalicəvi bitki dərmanlarını təqdim edəcəklərini söyləyib.
Madaqaskar Tətbiqi Tədqiqatlar İnstitutu (IMRA) tərəfindən hazırlanan və klinik testlərdən keçən bitki dərmanının “Covid Organics” hazır olduğunu açıqlaynb.
Ölkədəki bir çox dərman bitkisinin, xüsusən də “Covid Organics”in “yovşan” kimi tanınan artemisia bitkisindən ibarət qarışıqdan ibarət olduğunu ifadə edən Rajoelina, dərmanı gün ərzində satışa çıxaracaqlarını ifadə edib.
Qeyd olunur ki, Vyetnam müharibəsində Çin alimləri tərəfindən müalicədə istifadə edilən Artemisia, uzun müddət laboratoriyalarda sınaqdan keçirilib. Nəhayət, Çin doktoru Youyou Tu, malyariyanın müalicəsində yüksək dağıdıcı təsiri olan artemisian maddəsini aşkar edib təmizlədiyi üçün Tibb üzrə 2015 "Nobel" Mükafatına sahib olub.