Körpədə bu əlamətlər varsa, raxitdir - Pediatr

  • 2023.09.11 15:29
  • 5317 Baxış
Körpədə bu əlamətlər varsa, raxitdir   - Pediatr

Raxitlik - azyaşlı uşaqlarda maddələr mübadiləsi pozulması və D vitamin əskikliyi ilə bağlı olan sümük-sinir sisteminə təsir edən xəstəlikdir.

"Medicina" xəbər verir ki, pediatr Azər Məmmədov vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi kimi digər patoloji hallar müşahidə olunduğunu bildirib.

Raxitliyin səbəbi D vitamininin çatışmazlığı və bunun nəticəsində mineral mübadilənin (kalsium və fosfor) pozulmasıdır. Vitamin D çatışmazlığı sinir və sümük sistemlərində pozğunluqlar yaradır. D vitamini uşaq orqanizminə yediyi qida ilə daxil olur. Bundan başqa günəş şüalarının təsiri ilə dəridə sintez olunur. Ana südü vitamin D ilə Çağrı mərkəziindir, ona görə uşaq mütləq ana südü ilə qidalandırılmalıdır.

"Xəstəliyin əlamətlərinə gəlincə, bu uşaqlar çox oyanıq olurlar, xüsusilə başda güclü tərləmə müşahidə olunur. Hesab olunur ki, əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yarana bilər. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır. Raxit xəstəliyi olan uşaqlar da pis yeyir və pis yatırlar. Ənsə nahiyəsində saçları tökülür. Sonra proses sümüklərə keçir. Uşağın kəllə sümükləri deformasiyalaşır, daha sonra döş qəfəsində yaranır. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir. Raxitin digər əlaməti alnın böyüməsidir".

Aygün M