Körpələri gecə-gündüz ağladan kolik – Nə etməli?

  • 2023.06.14 10:13
  • 3356 Baxış
Körpələri gecə-gündüz ağladan kolik  – Nə etməli?
Bütün yeni doğulmuşlar ilk 3 ayında hər zamankindən daha çox ağlayırlar.

Sağlam körpə həftədə 3 gündən, gündə 3 saatdan çox ağladıqda, çox güman ki, onun koliki var.


“Medicina” xəbər verir ki, kolik, heç bir səbəb olmadan sağlam bir körpədə tez-tez, uzun və sıx ağlama və ya təlaş yaradır.

Bu ağlama bir neçə saat davam edə bilər, tez-tez qışqırmağa keçir, ayaqlarını yığıb açır, ayaqların əllərini yumruq halına salır, qarında qurultu və üzün qızarması ilə müşayiət olunur. Belə hallar daha çox günortadan sonra baş verir.


Onlar adətən ya meteorizm və nəcislə başa çatır, ya da uşaq yuxuya gedir, ya da uzun müddət ağlamaqdan yorularaq sakitləşir.

Mütəxəssislərin fikrincə kolikə səbəb:

• natamam inkişaf etmiş həzm sistemi;
• həzm sistemində sağlam bakteriyaların balanssızlığı;
• qida allergiyası və ya dözümsüzlük;
• həddindən artıq çox yedirilmə;
• işığa, səs-küyə həssaslıq;
• sinir sisteminin inkişafı;
• uşaqlıq miqreninin erkən forması;
• ailə stressi və ya narahatlığı.

Yenidoğulmuşlarda kolikaya səbəb olan nədir:

• laktozailə həddindən artıq yüklənməsi – ana südü və hazır yeməklərdən
• laktoza çatışmazlığı - süd şəkərinin parçalanması üçün fermentin olmaması;
• reflü - qarın içərisində kolikaya səbəb olan mədə şirəsinin bağırsağa geri axını.

Digər patoloji şərtlər arasında:

• sidik yollarının infeksiyaları;
• nəzərə çarpmayan xəsarətlər;
• gözün buynuz qişasının zədələnməsi;
• qeyri-bərabər ürək döyüntüsü ola bilər.

Günay Quluzadə