Körpənin çəkisi onun gələcək həyatını müəyyən edə bilər

  • 2022.10.14 18:02
  • 2515 Baxış
Körpənin çəkisi onun gələcək həyatını    müəyyən edə bilər


Körpənin çəkisində problemlər onun sonrakı həyatı və sağlamlığına təsir edir.

"Medicina" xəbər verir ki, Avstraliya alimlərinin yeni elmi araşdırması uşağın gələcək çəkisinə anasının hamiləlikdən öncə və hamiləlik boyu bədən kütləsi, qidalanma rejimi və televizor qarşısında keçirdiyi vaxt təsir edir.

Araşdırmada onlar 439 uşağı izləyib.

2008-ci ildən bu uşaqlar üzərində müşahidələr 22 aya aparılıb.

Alimlər uşaqları 3 qrupa bölüb: qeyri-sağlam həyat tərzi və aşağı bədən kütlə indeksi,
qeyri-sağlam həyat tərzi və yüksək bədən çəkisi,

sağlam həyat tərzi və orta bədən indeksi.

53% uşaq ikinci qrupa aid idi. Alimlər hesab edir ki, uşaqlar körpəlikdən hər gün evdə, valideynlərindən gördüklərini təkrarlayır, sağlam həyat və qidalanmanı götürür. Belə uşaqlarf yüksək kalorilu və zəif qidalar seçiblər.

Eləcə də yüksək bədən indeksi olan kök uşaqlar valideynləri kimi televizor qarşısında daha çox vaxt keçiriblər.

Aygün Musayeva