Körpənin ilk peyvəndi ana südüdür

  • 2022.12.07 16:36
  • 2367 Baxış
Körpənin ilk peyvəndi ana südüdür


“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.

"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.


“Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.

N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər:

“Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”.