Kosmetoloqun səhvi ucbatından gəlinin gözləri tutuldu

  • 11 May 2022 15:45
  • 540 Baxış
Kosmetoloqun səhvi ucbatından gəlinin gözləri tutuldu

30 yaşlı Tamika Kleqett toya hazırlıq ərəfəsində kosmetoloqa yazılmaqla həyatının səhvini edib.


Bakupost.az xəbər verir ki, o kosmetoloqdan qaşlarına forma vermək üçün gedib.


Qaşların rənglənməsi prosesində kosmetoloqun istifadə etdiyi rəng pasiyentdə kəskin allergiya verib.

Prosedurdan 2 saat sonra göz qapaqları şişən və göynəyən qız gözlərini nə qədər yusa da yanğı dözülməz həddə çatır.
O, özünü xəstəxanaya çatdırır, ilkin yardım olunur.


Səhəri gün yenidən təhlükəli həddə ödemləşən pasiyent xəstəxanaya qaldırılır.
Güclü ağrıdan və qızartıdan onun gözləri açılmırdı.

Xəstəxanada steroid dərmanlarla müalicə olunan qız toyunu təxirə salıb.


Aygün Musayeva
BakuPost