Artıq icbari tibbi sığorta ilə TƏBİB-ə tabe xəstəxanalarda həkim göstərişi olmadan və tam ödənişsiz KT və MRT-dən keçmək mümkün olmayacaq.
"Medicina" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov "Xəzər Xəbər"ə müsahibəsində deyib.
"Kompüter Tomoqrafiya diaqnostika üçün nə qədər çox gözəl metod olsa da, onun zərərləri də var. Ona görə həkim təyinatı və göstərişi mütləqdir. Bu müayinələr bizdə elə də baha deyil: 50-100 manat arasıdır. Vətəndaşlar isə 20% ödəniş edəcək".
Aygün M