Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Krasnodar diyarı üzrə şöbəsi Kubanın səhiyyə naziri Yevgeni Filippovu saxlayıblar.
Medicina.az xəbər verir ki, o, vəzifəsindən istifadə edərək külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Nazir Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə şübhəli bilinərək saxlanılıb ki, bu da özünün və ailə üzvləri də daxil olmaqla, ona bağlı şəxslərin qanunsuz varlanmasına səbəb olub.
Agentliklərin məlumatına görə, nazir və qohumları qanunsuz varlanmalarla 1 milyard rubldan çox dəyərində daşınmaz əmlaka sahib olublar.
TASS-ın məlumatına görə, 2026-cı ilin yanvar ayının sonunda hüquq-mühafizə orqanları Krasnodar diyarı Səhiyyə Nazirliyində keçmiş vitse-qubernator Anna Minkovanın işi ilə əlaqədar olaraq bölgənin səhiyyə sektorunda axtarışlar aparıblar.
Aygün M
Medicina.az