Küçə pişiyini sığalladı, xəstəxanaya düşdü

  • 2026.02.20 09:09
  • 157 Baxış
Küçə pişiyini sığalladı, xəstəxanaya düşdü

Tailandda küçə pişiyi ilə qarşılaşan rus qadın quduzluq xəstəliyinə tutulduğundan şübhələnir.

Medicina.az xəbər verir ki, Sankt-Peterburqdan olan Mariya əri ilə Pattayada tətildə olarkən gəzinti zamanı yaxalıq taxan şirin bir pişik görüb.

Pişik onun üzərinə tullanaraq, sürtünməyə başladı. Mariya yaxalığı diqqətlə çıxarmağa çalışdı, amma pişik qəfildən onun əlini dişləyib. Vəziyyətdən xəbər tutan yerli sakinlər ona təcili tibbi yardım almağı məsləhət gördülər.

Xəstəxanada turistə quduzluq və tetanoz peyvəndlərinin tam kursu vuruldu. Müalicə xərcləri - ümumilikdə təxminən 30.000 rubl sığorta şirkəti tərəfindən ödənildi.

Aygün Musayeva