Türkiyədə küçədə yatan yaşlı bir kişi iki gəncin hücumuna məruz qalıb.
Medicina.az xəbər verir ki, İzmirdə iki gənc kişi küçədə yatan yaşlı kişini görüb onu lağa qoyaraq, üzünə təpikləyiblər.
Hadisə Buca rayonunda baş verib. Məlumata görə, küçədə yatan yaşlı və müdafiəsiz kişiyə yaxınlaşan iki gəncdən biri mobil telefonunun kamerası ilə çəkiliş aparmağa başlayıb. Yaşlı kişini yuxudan oyandırıb bir müddət lağa qoyduqdan sonra şübhəlilər ağlasığmaz zorakılığa əl atıblar. Çəkiliş aparan şübhəlinin təlimatlarına əməl edən digər şəxs yaşlı kişinin nə baş verdiyini anlayana qədər üzünə möhkəm təpikləyib.
Aldığı şiddətli zərbədən sarsılmış və hücum edənlərə reaksiya verən yaşlı kişi böyük şok keçirib, iki şübhəli isə hadisə yerindən tez bir zamanda qaçıblar. Şübhəlilər daha sonra özünü müdafiə edə bilməyən yaşlı vətəndaşa qarşı törədilən bu zorakılığı sosial media hesablarında paylaşıblar.
Görüntülər yayıldıqdan sonra izləyicilərin sərt reaksiyasına səbəb olub.
Aygün
Medicina.az