Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.
VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 4 nəfər hadisə yerində ölüb. Fakt araşdırılır.