Kürdəxanıda iki avtomobil toqquşub, ölən var

  • 2025.12.21 16:30
  • 91 Baxış
Kürdəxanıda iki avtomobil toqquşub,  ölən var

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

Medicina.az apa-ya istinadən xəbər verir ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hummer” və "99-TY 561" dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.