"Kurtlar vadisi" və "Binbir gece"-nin aktyoru COVID-19-dan öldü

  • 2020.04.01 11:22
  • 1361 Baxış
"Kurtlar vadisi" və "Binbir gece"-nin aktyoru COVID-19-dan öldü
Türkiyədə aktyor Turxan Qaya koronavirusdan ölüb.

Medicina.az xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib.


Müayinə nəticəsində onun koronavirusa yoluxduğu anlaşılıb.


Aktyor karantinə alınsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu xəbəri mətbuata aktyorun oğlu Teo Qaya verib.

Aktyorun anası, bacısı və oğlu da yoxlanışdan keçib, onlarda virus açkarlanmayıb.

Qeyd edək ki, Qaya "Binbir gece", "Çemberimdə gül oya" və "Kurtlar vadisi" seriallarında rol alıb.