Ləmkəranda axund yol qəzasında öldü

  • 2022.11.19 13:55
  • 1648 Baxış
Ləmkəranda axund yol qəzasında öldü
Lənkəranda Mamusta kəndi ərazisində yol qəzası baş verib.



"Medicina" xəbər verir ki, yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.


Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.