Kendis Kollinsin "lənətə gəlmiş" hesab edilən əşyalar kolleksiyası var və onun son əldə etdiyi kuklalardan biri Norman adlı kukla idi.
“Medicina” xəbər verir ki,  43 yaşlı bir qadın, 200 funt sterlinqə alınan bu "oğlan"ın onun həyatını cəhənnəmə çevirə biləcəyini iddia edir. 
Norman evə gətirilən kimi baş ağrılarından və kabuslardan əziyyət çəkməyə başladı. O, həmçinin kuklanın qorxunc gülüşünü tez-tez eşitdiyini iddia edir.
Lakin Kendis paranormal tədqiqatlara yad deyil. Oyuncağın hiylələrindən mümkün qədər qorunmaq üçün sahibi onu şüşə vitrinin içində saxlayır. Qadın əlavə etdi ki, Norman həqiqətən də bədbəxtlik gətirməyə qadirdir.
Aygün Musayeva