Lənkəranda ailənin 10-cu uşağı doğuldu

  • 2026.01.10 11:00
  • 258 Baxış
Lənkəranda ailənin 10-cu uşağı doğuldu

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

Medicina.az APA-ya istinadla bildirir ki, Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.