Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lənkəranda həkim intihar etdi

  • 2022.08.22 09:57
  • 1739 Baxış
Lənkəranda həkim intihar etdi

Lənkəranda tanınmış stomatoloq intihar edib.

"Medicina" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Raypo” adlanan ərazisində baş verib.
1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.
Lənkəranda stomotoloqun intiharı ilə bağlı cinayət işi başlanılıb: "Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış iş üzrə araşdırmalar aparılır".