Milyonlarla kontakt linza istifadəçisi bəzən təcili hallarda linza məhluluna çıxış əldə edə bilmir. Bu zaman "linza məhlulunuz yoxdursa nə istifadə etməli?" kimi suallar yaranır.
Medicina.az xəbər verir ki, eynək əvəzinə linza istifadə edənlər gigiyena məsələsinə daha diqqətli olmalıdırlar.
Kontakt linzalar bəzən eynəkdən daha rahat olsa da, daha çox qayğı tələb edir.
İstifadədən əvvəl, istifadə zamanı və sonra linzalar "linza məhlulu" kimi tanınan bir məhlulda isladılmalıdır.
Xüsusilə linza məhlulunun olmadığı hallarda bir çox insan linzalarını adi suya sala biləcəklərini və ya hansı alternativ mayelərdən istifadə edilə biləcəyini düşünür.
Kontakt linzaların təmizlənməsi və saxlanması üçün xüsusi olaraq hazırlanmış linza məhlullarından başqa heç bir maye istifadə etməmək vacibdir.
Buna görə də, linza məhlulunuz yoxdursa, ən təhlükəsiz seçim linzalarınızı çıxarmaq və uyğun bir linza məhlulu əldə edənə qədər istifadə etməməkdir.
ADİ SU İSTİFADƏ EDİLƏ BİLƏRMİ?
Kran suyu, içməli su, mineral su, duzlu məhlul və ya evdə hazırlanmış qarışıqlar linza məhlulunun əvəzedicisi deyil. Bu mayelər gözlərlə təmasda olduqda infeksiya riskini artıra biləcək bakteriya, göbələk və mikroorqanizmlər ehtiva edə bilər.
Xüsusilə kran suyu ciddi göz infeksiyalarına və daimi görmə itkisinə qədər sağlamlıq problemlərinə səbəb ola bilər.
Aygün
Medicina.az