İngiltərənin Norviç şəhərindən olan 39 yaşlı inşaat işçisi 2025-ci ilin iyul ayında Skretch lotereyasında 1 milyon funt sterlinq udub. O, uduşunu aldıqdan sonra işindən ayrılıb və sentyabrın 10-a qədər davamlı olaraq şənliklərə, qonalıqlara gedib, çoxlu yeyib-içib.
“Medicina” xəbər verir ki, kişiyə ikitərəfli ağciyər emboliyası (ağciyərdə qan damarının tıxanması) diaqnozu qoyulub. Qan laxtası əvvəlcə ayağında yaranıb, sonra isə ağciyərinə yayılıb. Nəfəs ala bilmədiyi və düzgün yeriyə bilmədiyi üçün təcili yardım çağırıb. Ümumilikdə xəstə xəstəxanada səkkiz gün yarım qalıb.
"Mən bilirdim ki, etdiyim hər şey sona çatmalı idi. Və bu, demək olar ki, indiyə qədər gördüyüm ən pis yollardan biri ilə başa çatdı. Bu dərs məni oyandırdı”.
Lopez etiraf edir ki, böyük məbləğ ona “əvvəllər yaşaya bilmədiyi həyatı yaşamağa” imkan verib və o, yanlış yolu seçib. İndi lotereya milyonçusu işini tərk etdiyinə görə peşmandır.
Hələlik Lopez 6-9 ay ərzində sağalacağına ümid edərək sağlamlığına diqqət yetirmək niyyətindədir.
Aygün Musayeva