Lukaşenkodan COVID-19-la mübarizədə Belarus metodu

  • 2020.05.13 16:01
  • 1481 Baxış
Lukaşenkodan COVID-19-la mübarizədə Belarus metodu

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər nəticə verir və xəstələnmə ilə bağlı vəziyyət dözüləndir.

Medicina.az xəbər verir ki, o, digər ölkələrin, xüsusən də Rusiyanın COVID-19-a qarşı mübarizədə Belarusun üsulundan istifadə etdiyini bildirib:

“Bu gün Belarusda viruslar və digər xəstəliklərlə əlaqədar vəziyyətə qarşı dözümlüyük, olacağıq da. Demirik ki, bizdə hər şey möhtəşəmdir. Xeyr. Amma üçüncü aydır, istifadə etdiyimiz metod öz nəticəsini göstərir”.

Eyni zamanda, dövlət başçısı “digər dövlətlər də bu üsuldan, bu yoldan istifadə etdi” deyib:

“Qərb ölkələrinə baxın: iqtisadiyyat yavaş-yavaş işləməyə başladı və bu milyonlarla insan deməkdir. Gün ərzində onlarda koronavirusdan ölüm bu üç ay ərzində Belarusda olan bütün ölümlərdən çoxdur”.

“Şərqə baxın, bizə dost, doğma Rusiya inşaat kompleksi, sənaye müəssisələri və iqtisadiyyatın digər əsas sektorlarını açdı. Bu, işləməyə gedəcək əhalinin 90 faizindən çoxu deməkdir. Böyük qızıl, valyuta ehtiyatı və milli rifah fondu olan varlı Rusiya pis nəticələrin ola biləcəyini anladı”, - deyə Lukaşenko əlavə edib.