“LUKOİL”un vitse-prezidenti koronavirusa yoluxdu

  • 2020.05.07 15:41
  • 791 Baxış
“LUKOİL”un vitse-prezidenti koronavirusa yoluxdu

Rusiyanın “LUKOİL neft şirkətinin vitse-prezidenti, Moskvanın “Spartak” futbol klubunun sahibi Leonid Fedun COVID-19 virusuna yoluxub.

L.Fedun bu gün koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə başqa məlumat verilmir.

L.Fedun 1991-ci ildə “LUKoil” konserninin yaradılmasında iştirak edib, 1994-cü ildə isə şirkətin vitse-prezidenti vəzifəsinə təyin olunub.