Mağara adamları nə yeyirdi – Ət, yoxsa bitki?

  • 2024.01.29 17:24
  • 804 Baxış
Mağara adamları nə yeyirdi  – Ət, yoxsa bitki?
Adəm-Həvva dövründə əcdadlarımız, yəni mağara adamları vegeterian idilər.


“Medicina” xəbər verir ki, Plos One dərgisində çap olunan elmi araşdırmada qədim insanların nadir halda ət yediyi yazılıb.

Adətən tarix kitablarında illüstrasiyaIarında qədim insanlar tonqal ətrafında vəhşi bir heyvanı bişirərkən və ya iri sümüklü mamontu parçalayıb yeyərkən təsvir edilir.

Araşdırmalar isə bu fikri rədd edir, onların fikrincə, qədim insanlar əti nadir halda görür, daha çox bitki ilə qidalanırdılar.

Bunu sübut etmək üçün alimlər 9000 il əvvəl And dağında basdırılmış qədim qalıqları analiz edib.
Müasir metod olan mass-spektrometriya vasitəsilə insan sümüyü içində qorunub saxlanan izotoplar öyrənilib.

Alimlər daha çox azotu təhlil ediblər, çünki insan nə qədər çox heyvani zülal qəbul edirsə, azot bir o qədər çox olur.

Bu izotop sümüklərdə birləşib qalır və minillərlə saxlanılır.

Lakin alimlər bu qalıqda gözlənildiyi qədər azot qalığı tapmadı, bu isə qədim insanın ət pəhrizində olmadığını göstərir.

Əksinə onların rasionu 70% bitki qidasından idi.

Eləcə də yuxarı dişlərdə aşınma və izlərdən bu qənaətə gəlinib ki,qədim insanların əsas qidası müasir kartofa bənzəyən kök tipli qida olub.

Bu tərəvəzin qalıqları qədim qabların yanmış dibində də aşkarlanmışdı.


Aygün M