Tərkibində yüksək miqdarda pestisidlər olan meyvə və tərəvəzlər ənənəvi olaraq sağlam hesab edilsə də, əslində sonsuzluğa səbəb ola bilər.
“Medicina” xəbər verir ki, elm pestisidlər və məhsuldarlığın azalması arasındakı əlaqəni çoxdan bilirdi, lakin Harvard Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma yalnız sonsuzluq müalicəsindən keçmiş qadınlara yönəldilib. Nəticələr hətta müəllifləri də təəccübləndirib.
Tədqiqatçılar Boston xəstəxanasında sonsuzluq müalicəsi alan 325 qadını izləyiblər. Onları uğurlu hamiləlik və doğuş, qadının qida rasionu arasındakı əlaqə maraqlandırırdı. Tədqiqatçılar yüksək səviyyədə pestisidlər olan meyvə və tərəvəzlərin miqdarını xüsusilə nəzərə alıb.
Müşahidələr göstərib ki, pestisidlərin miqdarı ispanaq, çiyələk və şaftalıda ən yüksək, avokado və soğanda isə ən aşağı olub. Araşdırmanın nəticələri olduqca təəccüblü idi. Gündə yüksək pestisid səviyyəsi olan 2,3 porsiyadan çox meyvə və tərəvəz istehlak edən qadınların hamilə qalmaqda çətinlik çəkmə ehtimalı 18%, uğurlu doğum ehtimalı isə 23% daha az idi.
Bununla belə, aşağı pestisid səviyyəsi olan meyvə və tərəvəzlərin istehlakı ilə hamiləlik və ya doğuş arasında heç bir əlaqə aşkar edilməmişdir. Bu tədqiqatın nəticələri tərəvəz və sonsuzluq arasında əlaqənin qəti sübutu sayıla bilməz, çünki tədqiqatda iştirak edən qadınlar eyni şəhərdə yaşayırdılar və hamısı eyni xəstəxanadan istifadə edirdilər.
Bundan əlavə, tədqiqat obyektiv qiymətləndirmələrə deyil, qadınların istehlak etdikləri meyvə və tərəvəzlərin öz hesabatlarına əsaslanıb.
Aygün Musayeva