Sosial şəbəkələrdə yayılan bu üsulla manqalda ətin torlara yapışmasının qarşısını almaq olar.
Medicina.az xəbər verir ki, manqalın toru yaxşı qızdırıldıqdan sonra iki yerə bölünmüş çiy kartofun kəsilmiş hissəsi metal səthə sürtülür.
Bildirilir ki, kartofun tərkibindəki nişasta torun üzərində nazik təbəqə əmələ gətirərək ətin yapışmasını azalda bilər.
Bu üsulun effektiv olması üçün manqal torunun təmiz və kifayət qədər isti olması vacibdir. Həmçinin ətin manqala qoyulduqdan dərhal sonra çevrilməməsi tövsiyə olunur.
Xanım,
Medicina.az