Manqalda eyni maşa ilə çiy və bişmiş əti tutmaq təhlükəlidir

  • 2026.08.25 14:24
  • 216 Baxış
Manqalda eyni maşa ilə çiy və bişmiş əti tutmaq təhlükəlidir

Yay aylarında manqal süfrələrində tez-tez edilən bir səhv qida zəhərlənməsi riskini artırır. Mütəxəssislər çiy və bişmiş ət üçün eyni maşa və ya boşqabdan istifadə etməməyi tövsiyə edirlər.

Medicina.az xəbər verir ki, çiy ətin üzərində olan Salmonella, E. coli və Campylobacter kimi bakteriyalar maşa vasitəsilə bişmiş ətə keçə bilər. Ət tam bişsə belə, sonradan yenidən çirkləndikdə zəhərlənmə riski yaranır.

Eyni qayda çiy ətin qoyulduğu boşqab, doğrama taxtası və marinada da aiddir. Çiy məhsullarla təmasda olan qab-qacaq bişmiş qidalara toxundurulmamalıdır.

Mütəxəssislər həmçinin yay istisində bişmiş yeməkləri uzun müddət açıq havada saxlamağı məsləhət görmürlər. Qidaları mümkün qədər tez soyuducuya yerləşdirmək və soyuq zənciri qorumaq qida zəhərlənməsi riskini azaltmağa kömək edir.

Xanım,
Medicina.az