Maqnit qasırğası günlərində tromb təhlükəsi yaranır

  • 2023.01.11 17:03
  • 1517 Baxış
Maqnit qasırğası günlərində tromb  təhlükəsi yaranır

Maqnit qasırğası bir çox xəstələrin orqanizmi üçün təhlükəlidir.

“Medicina”xəbər verir ki, terapevt Nadejda Çernışeva maqnit qasırğasının damarlarda xolesterin pıtraqları və tromblar əmələ gətirdiyini açıqlayıb.

10 yanvardan güclənəcək maqnit partlayışları ürək-damar patologiyaları olan insanlar üçün daha riskli olacaq.

Bu zaman xəstələrdə damar spazmları baş verir, ürəyin qanı qovması yavaşıyır, qan qatılaşır, arterial təzyiq oynayır. Nəticədə insanlarda baş ağrısı, sinədə sıxılma baş verir.

Damarları zəif olan, tutulmuş, eləcə də təzyiqi olan xəstələrdə qan qatılaşması sistemi pozulur.

Bu günlərdə damar içi xolesterin yığıntısı və tromb yaranması artır.

Ona görə risk qrupunda olan insanlar bu günlər evdə olsun, təzyiqi nəzarətdə saxlasın, limonlu su içsin, acı, turş, yağlı qidaları azaltsın, daha çox uzanıb istirahət etsin.


Aygün Musayeva