Marketdə ölən gənc ali dərəcəli ginekoloqun - Oğlu imiş

  • 2021.07.20 16:36
  • 1701 Baxış
Marketdə ölən gənc ali dərəcəli ginekoloqun    - Oğlu imiş

Bakıda hipermarketdə ürəyi tutaraq ölən gənc həkim ginekoloqun övladı imiş.

Medicina.az xəbər verir ki, "ölkə.az"ın əldə etdiyi məlumata görə, vəfat edən 23 yaşlı gənc ali dərəcəli həkim, mama-ginekoloq Sürəyya Mirzəyevanın oğlu olub.

Qeyd edək ki, 17 iyulda Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqid olunub. Sosial şəbəkə istifadəçiləri tərəfindən tibb işçilərinin 45 dəqiqə müddətində gəncin ürəyi səhv masaj etdiyini iddia edilmişdi.

Vəfat edən gəncin uşaqlıqdan ürəklə bağlı problemi olduğu bildirilidi.