Marketlərdə satılan qəhvə niyə zərərlidir?

  • 2022.12.26 14:29
  • 1802 Baxış
Marketlərdə satılan qəhvə niyə zərərlidir?

Suda həll olan, narın qəhvədə orqanizm üçün kanserogen təsirli təhlükəli maddə var.

Bakupost.az xəbər verir ki, diyetoloq Svetlana Korneyeva belə kofenin gündə 1 dəfədən çox içilməməsini tövsiyə edib.

“Həll olan qəhvədə akrilamid var. Bu maddə çox miqdarda orqanizmə yığıldıqda, xərçəng təhlükəsi yaradır.

Akrilamid qəhvə dənələrini qovuranda yaranır. Ona görə bu qəhvəni gündə cəmi 1 fincan içmək olar.

Eləcə də səhər tezdən paket qəhvəni suda həll edib boş mədəyə içmək də olmaz. Bu gələcəkdə mədə xərçənginə səbəb ola bilər”.

Həll olan hazır qəhvələrdə faydalı təsir az olur, onlar termiki emaldan çox keçir və tərkibindəki kofein parçalanır.