Son illərdə bankalarda və paketlərdə satılan “3-ü 1-də” qəhvələr geniş istifadə olunur. Tərkibində adətən:
Rafinə olunmuş şəkər
Bitki mənşəli yağ tozları (krem əvəzedicisi)
Stabilizatorlar və dad artırıcılar
Aşağı keyfiyyətli asan həll olunan qəhvə olur.
Bu məhsulların tez-tez istifadəsi müəyyən sağlamlıq risklərini artıra bilər.
Medicina.az bu qəhvədən asılı olanlarda qısa müddətdə yarana biləcək xəstəlikləri araşdırıb.
Metabolik sindrom və şəkərli diabet
Həddindən artıq şəkər qəbulu:
Qan şəkərinin tez yüksəlməsinə
İnsulin müqavimətinin artmasına
Çəki artımına səbəb ola bilər
Uzunmüddətli istifadə isə Tip 2 diabet riskini artırır.
Ürək-Damar Xəstəlikləri
Şəkər və hidrogenləşdirilmiş bitki yağları:
Xolesterinin artmasına
Trigliserid səviyyəsinin yüksəlməsinə
Qan təzyiqinin dəyişməsinə
səbəb ola bilər.
Bu isə ürək-damar xəstəlikləri riskini yüksəldir.
Piylənmə
Bir paket 3-ü 1-də qəhvədə bəzən 2–3 çay qaşığı şəkərə bərabər miqdar olur. Ona görə də:
Kalori artımına
Qarın nahiyəsində piylənməyə
Maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Qaraciyər Yüklənməsi
Həddindən artıq şəkər və süni qatqılar qaraciyərdə yağlanma riskini artıra bilər. Bu vəziyyət qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinə zəmin yarada bilər.
Əsəb, sinir sistemi xəstəlikləri
Bu qəhvələrdə:
Kofein
Şəkər kombinasiyası dopamin ifrazını artırır və “enerji pikləri” yaradır.
Nəticədə:
Tez yorulma
Əsəbilik
Yuxu pozuntusu
Konsentrasiya azalması müşahidə edilə bilər.
Boş mədəyə qəbul mədə turşuluğunu artıra bilər
Yüksək təzyiqi olanlarda ürək döyüntüsünü artıra bilər
Hamiləlikdə kofein məhdudlaşdırılmalıdır
Yeniyetmələrdə çox istifadə tövsiyə edilmir
Gün ərzində 1–2 fincandan artıq olmamaq şərtilə arada içmək olar.
Aygün Musayeva