Marketlərdə satılan yoqurtlar orqanizm üçün zərərlidir - Məşhur həkim

  • 2022.04.02 16:34
  • 4118 Baxış
Marketlərdə satılan yoqurtlar orqanizm üçün zərərlidir   - Məşhur həkim


Marketdə satılan yoqurtlar hər nə qədər etiketində sağlam sözlər yazılsa da faydalı qida deyil.

Bakupost.az xəbər verir ki, bu sözləri məşhur aparıcı həkim Aleksandr Myasnikov deyib.

"Satışda olan yoqurtlar ölü qidadır. Yoqurt o zaman faydalı olur ki, onda canlı bakteriyalar olsun və bu bakteriyalar bağırsaq mikroflorasına düşsün.

Aylarla zirzəmidə, rəfdə, qutularda qalan yoqurtda heç nə yoxdur.

Onlarda şəkər, quru süd, transyağdan başqa heç nə tapmazsınız. Anlamıram ki, bu məhsulu nəyə görə dietik, faydalı məhsul kimi təqdim edib, hətta uşaqlara da alırlar.

Onlar elə lap başdan ziyanlıdır".

Həkim onun əvəzinə turş süd məhsulları - kefir, qatıq yeməyi tövsiyə edib:

"Kefir, kəsmik immunitet və bağırsaqlar üçün daha faydalıdır".

Aygün Musayeva
BakuPost