“BakuBus” MMC-də sürücülərin sağlamlıq vəziyyətinə nəzarət və tibbi yoxlanış prosesi qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilir.
“
Medicina.az xəbər verir ki, sürücülər işə qəbul edilməzdən əvvəl Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin icbari tibbi müayinədən keçirilməsi tələb olunan işlərin siyahısı”na əsasən tibbi müayinədən keçirlər.
Qaydalara görə, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması müəyyən edilməlidir. Sağlamlıq vəziyyəti tibbi tələblərə cavab verməyən sürücülərin nəqliyyat vasitəsini idarə etməsinə icazə verilmir.
Avtobus depolarında fəaliyyət göstərən tibb məntəqələri ilkin tibbi yardım vasitələri və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Sürücülər hər gün səhər reysə çıxmazdan əvvəl həkim tərəfindən tibbi müayənədən keçirilir və yalnız müvafiq tibbi rəy əsasında xəttə buraxılır. İkinci növbədə fəaliyyət göstərən sürücülər paytaxtın müxtəlif ərazilərində yerləşən 39 tibb məntəqəsində eyni qaydada tibbi müayinədən keçirlər.
MEDİCİNA.AZ