"Maska, əlcək, geyim – insanlarda vahimə yaratmaq üçündür"- Professordan koronavirus gerçəkləri

  • 2020.04.10 20:28
  • 26761 Baxış
"Maska, əlcək, geyim – insanlarda vahimə yaratmaq üçündür" -  Professordan koronavirus gerçəkləri

Tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, epidemiologiya üzrə mütəxəssisi İqor Qundarov koronavirusun 50-ci illərdən araşdırılmağa başlandığını deyib.

Medicin.az professorun koronavirus barədə səs-küy yaradan fikirlərindən seçmələri təqdim edir.

Koronavirus nə qədər təhlükəlidir?

Koronavirus ətrafında baş verənlər, sixoloji səviyyədə təsir edir. Digər bir məsələ virusun insanları yoluxdurmaq qabiliyyəti və ölüm faizidir. Yoluxucu virus sürətlə yayılır, ancaq ölümcül olması baxımından o qədər də təhlükəli deyil. Başa düşmürəm ki, bu görünməmiş çaxnaşma haradan qaynaqlanır. İtaliyanı götürün. Statistikaya görə, orda hər il təxminən 600.000 insan müxtəlif xəstəliklərdən ölür. Bu rəqəmi 365 günə bölsək, 1700 nəfər edir. Deməli, İtaliyada ümumi ölüm nisbəti dəyişməyib.

Koronavirus təsadüfən meydana gəlib. Lakin sonra yerli iqtisadi maraqlar ortaya çıxır. İnsanlar qorxudan ölməyə başlayacaq. Bizim psixikamız belə qurulub. Dəhşətli darıxdırıcı ab-hava immunitetin zəifləməsinə səbəb olur. İmmun sistemi ruhi vəziyyətdən çox asılıdır. Sağlam psixika, pandemik çaxnaşmanın öhdəsindən gəlmək bacarığı immuniteti gücləndirir. Beləliklə, koronavirus da daxil olmaqla xəstəliyin aradan qaldırılmasına kömək edir

Maska, əlcək, geyim – bunlar insanda qorxu, vahimə yaratmaq üçündür

Tibbi maskaların istifadəsini götürək. Bunlar, ümumiyyətlə faydasızdır, təsiri azdır. Ancaq psixoloji təsirin gücü çox böyükdür. Maskalı üzlər axı insanda qorxu yayır.


Təcili yardım həkimi koronavirus əleyhinə geyimlərdə gəlir. Bir həkim olaraq bildirirəm ki, tibb işçisi mümkün infeksiyaya qarşı xalat istifadə edibsə, hər ziyarətdən sonra onu maşına minmədən xüsusi konteynerə atmalıdır. Onunla maşına minə bilməzsiniz, artıq infeksiyaya uğramısınız, xalatınızdakı virus avtomobilin səthinə yayıla bilər. Moskvada təcili yardıma sutkada 11 minə yaxın zəng gəlir. 2 həkimə gündə 22 min kostyum lazımdır. Təcili yardımın bu qədər ehtiyat vasitələri haradandır? Həkimləri də oyuna daxil edirlər.

Bu dəhşət nə zaman bitəcək?


Bir daha deyirəm, bu pandemiyanın olub-olmadığına əmin deyiləm. Çində də virusla mübarizə çox sürətli baş verdi. Odur ki, üç-dörd aydan sonra azalacağı proqnozunu verə bilərik. Mənim kimi bir çox peşəkar həkim bu fikirdədir ki, koronavirus ölümcül deyil. Bu, kəskin tənəffüs xəstəliyinin tamamilə bayağı yayılmasıdır, prinsipcə əvvəlkindən fərqlənmir.

Görülən bu panic tədbirləri,karantini lazımsız hesab edirəm. Səhv etdik və çaxnaşmaya qapıldıq.

Siyasətçilərin ambisiyaları məni heyrətə gətirir. Alimlər hər gün çıxış edib deməlidir ki, qorxmaq lazım deyil, vəziyyət keçmiş epidemiyalardan fərqlənmir. Hay-küyçülər isə müharibə vaxtında olduğu kimi tribunada öz yerlərini tutub.

Dərman axtarmaq üçün gecikiblər

İndi alimlər ancaq peyvənd və ya serum hazırlaya bilərlər. Peyvənd xəstələnməmək üçündür. Serum isə müalicəni asanlaşdırır. Amma pandemiya üç-dörd aya bitəcək. Gələn il fərqli infeksiya olacaq, odur ki, indi görülən işlər faydasızdır.