Pop kralı Maykl Ceksonun keçmiş həyat yoldaşı və iki uşağının anası Debbi Roun görüntülənib. 10 il əvvəl döş xərçəngi ilə mübarizə aparan 67 yaşlı Roun gözəçarpan dərəcədə zəif və arıq görünüb.
Medicina.az xəbər verir ki, pop kralı Maykl Ceksonun keçmiş həyat yoldaşı və iki uşağının anası Debbi Rounun uzun müddət yoxluğundan sonra fotosu çəkilib. 1958-ci ildə anadan olan 67 yaşlı Rounun xeyli arıq və daha yorğun görünüşü diqqətdən yayınmayıb.
Məşhur simadakı bu nəzərəçarpacaq dəyişiklik onun keçmiş sağlamlıq problemlərini xatırladıb. Təxminən 10 il əvvəl döş xərçəngi diaqnozu qoyulan və çətin müalicə prosesindən sonra xəstəliyi məğlub edən Rounun yaşı və öhdəsindən gəldiyi ciddi xəstəliyin təsirlərini hələ də daşıdığı görünür.
Aygün
Medicina.az