Mayonezi çox yeyənlərdə bu xəstəliklər yaranır - Diqqət!

  • 2022.06.01 15:21
  • 2015 Baxış
Mayonezi çox yeyənlərdə bu xəstəliklər yaranır  - Diqqət!


“Fastfood”larda, hətta ev yeməklərində də mayonezdən istifadə edən insanların orqanizmi ciddi təhlük altındadır.

Bakupost.az xəbər verir ki, mayonez nəinki artıq çəkiyə, həmçinin pankreatit, xolesistit kimi xəstəliklərə səbəb ola bilər.

Bu barədə qastroenteroloq Nuriya Dianova bildirib:

“Bol mayonezli yeməklər qida borusunun və mədənin klapanlarının boşalmasına, çox açılmasına səbəb olur. Bu zaman reflüks, qıcqırma artır. Mayonezin təsir etdiyi əsas üçlük: mədə, mədəaltı vəz və öddür.

Mayonez çox kalorilidir. 100 qramda 60% yağ var.

Gənclərin mayonezə öyrəşməsi onların mədəaltı vəzisini çox tez sıradan çıxaracaq.

5 yaşa qədər uşaqlara isə mayonez vermək olmaz”.

Aygün Musayeva
BakuPost