Mədə üçün ən faydalı sıyıq açıqlandı

  • 2022.10.05 15:07
  • 2075 Baxış
Mədə üçün ən faydalı sıyıq açıqlandı


Mədə və ürək üçün ən yaxşı sıyıq yulafdır.

"Medicina" xəbər verir ki, endokrinoloq Yuliya Şişkova yulafın orqanizmi zülal, maqniy, fosfor, kalsium, dəmir, sink, B qrup vitamini, aminturşuları ilə təmin etdiyini bildirib.

Bu yarmada xüsusi tip lif - beta qlükan vardır ki, o, xolesterini bağırsaqlar vasitəsilə çıxarır. Nəticədə qanda xolesterin azalır.
Bu da ürək-damar xəstəliklri üçün vacibdir.

Bu sıyığı hətta şəkərli diabet xəstələri də yeyə bilər, uzun müddət tox saxlayır.
Eləcə də yulaf qaraciyər üçün faydalıdır.

"yarmada olan zülal xolesterin və lipid mübadiləsini tənzimləyir, ona görə qaraciyərin işini yüngülləşdirir. Amma ən yaxşısı tam, emal olunmamış təbii yulafdır. Marketlərdə olan tez hazırlanan paket yulaflar qatqılıdır.


Yulaf sıyığı mədənin selikli qişasını bərpa edir, selik onu örtür, həzmi yaxşılaşdırır.

Amma yarmanı hər gün yox, həftədə 3 dəfə yemək lazımdır. Çünki ondan olan fitin turşusu mikroelementləri azaldır".

Aygün Musayeva