Mədə xərçəngindən qoruyan 2 ucuz tərəvəz – Bol yeyin

  • 2026.06.04 15:51
  • 117 Baxış
Mədə xərçəngindən qoruyan 2 ucuz tərəvəz  – Bol yeyin


Kartof və soğan mədə xərçənginə qarşı müdafiəni artırır.
Bu nəticəyə Çin alimləri gəlib.

Medicina.az xəbər verir ki, Zhejiang Universitetinin tədqiqatçıları 76 tədqiqatın nəticələrini təhlil ediblər.

Bu əlaqə 6 milyondan çox insanın pəhriz məlumatlarından istifadə etməklə araşdırılıb.

Tədqiqatçılar müəyyən edib ki, pəhrizində çoxlu soğan və kartof olan insanlarda mədə xərçənginə tutulma ehtimalı bu tərəvəzləri çox az istehlak edənlərə nisbətən üçdə bir az azdır.

Tədqiqatçılar soğan və kartofun mədə xərçənginə qoruyucu təsirini bu qidaların antioksidant komponenti olan C vitamini ilə əlaqələndirir:

"İki orta ölçülü kartofda olan gündəlik 50 mq C vitamini istehlakı mədə xərçəngi riskini 8% azaldır", - tədqiqat müəllifləri bildiriblər.

Əksinə, onların məlumatlarına görə, gündəlik qida rasionunda turşu və spirtli içkilərin olması mədə xərçənginin inkişaf riskini artırır.

Aygün Musayeva