Qastritlə əlaqəli bəzi simptomlar mədə xərçəngində də ola bilər.
Medicina.az xəbər verir ki, onkoloq Olqa Jeludkova bu 2 problemi ayırd etməyin yollarını açıqlayıb:
"Qastritlə bağlı qeyri-adi simptomların olması mədə xərçənginin inkişafını göstərə bilər".
O, insanın vəziyyətində aşağıdakı dəyişikliklər baş verərsə, müayinədən keçməyi tövsiyə etdi:
çəki itkisi,
qusma,
qarın ağrısı,
bağırsaq vərdişlərinin pozulması: ishal, qəbizlik, həddən artıq köp.
"Hər hansı bir xroniki iltihab, xüsusən də qastrit, şişin inkişafına səbəb ola bilər".
Xərçəng inkişaf edərsə, vaxtında diaqnoz qoymaq üçün o, 35 yaş və yuxarı insanların ildə bir dəfə profilaktik qastroskopiyadan keçməsini tövsiyə etdi.
Aygün Musayeva