Məhkəmə sədri xərçəngdən vəfat etdi

  • 2025.12.26 17:53
  • 77 Baxış
Məhkəmə sədri xərçəngdən vəfat etdi


Kürdəmir rayonunda 55 yaşlı məhkəmə sədri vəfat etdi

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat edib.

Medicina.az gununsesi.info-ya istinadla xəbər verir ki, 55 yaşlı hakimin onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi deyilir.

Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.

O, 2007-2011-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-25 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.

medicina.az