Məktəbə başlamazdan əvvəl uşaqlar üçün həkim yoxlanışı çox vacibdir.
Medicina.az xəbər verir ki, uşağın göz, qulaq və fiziki inkişafı, peyvəndlərin tam olub-olmaması, əqli və emosional inkişafı, məktəb mühitinə uyğunluğu dəyərləndirilməlidir.
Pediatr Günay Rəsulova bununla bağlı valideynlərə tövsiyə verib.
Onun sözlərinə görə, məktəb öncəsi uşaqlar mütləq ürək, göz müayinəsi olunmalıdır:
"Bundan başqa, pediatr yoxlanış zamanı əlavə müayinə və təhlillər gərək görərsə, olunmalıdır".
Aygün
Medicina.az