Kahramanmaraşdakı hücumdan sonra teleseriallardakı zorakı səhnələr azaldılır və şirkətlər bu cür istehsallara reklam dəstəyini dayandırmaq qərarına gəliblər.
Medicina.az xəbər verir ki, Kahramanmaraşda 9 nəfərin həyatına son qoyan silahlı hücumdan sonra zorakı televiziya serialları və video oyunlar yenidən müzakirə mövzusuna çevrilib.
Prodüserlər ssenarilərdə dəyişiklik etmək qərarına gəliblər.
Çoxsaylı şirkətlər bu cür istehsalların reklamını dayandıracaqlarını açıqlayıblar.
Qeyd edək ki, Çərşənbə axşamı Şanlıurfada və çərşənbə günü Kahramanmaraşda məktəblərə edilən silahlı hücumlar böyük ictimai etiraza səbəb olub. Kahramanmaraşdakı hücumda riyaziyyat müəllimi Ayla Kara və 9 şagird həyatını itirib, iki hücumda isə ümumilikdə 32 nəfər yaralanıb.
Bu hadisələrdən sonra hücumların arxa planı müzakirə olunmağa başlayıb və zorakı video oyunların və televiziya seriallarının təsiri ön plana çıxıb. Bu müzakirələrdən sonra bəzi seriallar yayım cədvəlindən çıxarılıb.
"Yeraltı", "Eşref Tek", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi cinayət və zorakılıq mövzulu serialların yeni bölümləri yayım cədvəlindən çıxarılıb.
Prodüserlər serialdakı zorakı səhnələri azaltmaq üçün bu həftə ssenarilərdə dəyişikliklər etməyə hazırlaşırlar.
Şirkətlər də reklam siyasətlərini nəzərdən keçiriblər. Yapı Kredi şirkətinin Korporativ Kommunikasiyalar Direktoru Arda Öztaşkın, zorakılıq ehtiva edən seriallarda artıq reklam verməyəcəklərini açıqlayıb.
Aygün
Medicina.az